26 noyabr 2016 01:20
Vurğun Hüseynov: Qəbələ Anderlextdən daha yaxşı təsir bağışladı
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov keçmiş komandası "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Belçika "Anderlext"inə məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" bu görüşdə "Anderlext"dən daha yaxşı təsir bağışladı. Komandamızın sadəcə, bəxti gətirmədi. Təəssüf ki, qol epizodlarından yararlana bilmədilər. Əks halda qalib gələ bilərdilər. Məğlubiyyətləri mənim üçün gözlənilməz oldu. İkinci penalti epizodu oyunda dönüş nöqtəsi oldu. Rikardinyonun penaltini qaçırması məğlubiyyətlə nəticələndi".
