26 noyabr 2016 01:10

Əfran İsmayılov: Onsuz necə çətin olduğunu Çexiyada gördük

"Qarabağ"ın hücumçusu Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- "Slovan"a qarşı səfər oyununuzu necə şərh edə bilərsiniz?
- Hər şey göz önündə idi. Biz çox zəif oynadıq, buna görə də uduzduq.

- Məğlubiyyətinizə nə səbəb oldu?
- Deyə bilmərəm. Bircə onu qeyd edə bilərəm ki, bizim üçün çox vacib oyun idi və meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çox təəssüf ki, belə bir fürstəti əldən verdik. Oyunu analiz etdikdən sonra məğlubiyyətin səbəbini biləcəyik.

- Oyundan öncə az qala hər kəs ən azı bir xalla qayıdacağınızı proqnozlaşdırırdı...
- Bəli, hamı buna əmin idi ki, biz hətta səfərdə qalib gəlib pley-offa çıxacağıq. Amma alınmadı və ən vacib oyunlarımızdan birində çox pis oynadıq.

- Yəqin ki, üçüncü qoldan sonra artıq heç nəyə ümid etmirdiniz...
- Hesab 0:3 olandan sonra oyunda dönüş yaratmaq çətin olur. Amma mənə elə gəlir ki, ələ düşən şanslardan yararlansaydıq, hər şey fərqli ola bilərdi.

- İtaliyada da "Fiorentina" Yunanıstan PAOK-una gözlənilmədən məğlub oldu...
- Mənim üçün gözlənilməz nəticə oldu. Amma təbii ki, futbolda hər şey mümkündür.

- Son turda siz də hədəfə çatmaq üçün İtaliya klubuna qalib gələ biləcəksiniz?
- Tam olaraq həmin oyuna köklənməliyik. Əminəm ki, "Fiorentina" ilə oyun çox maraqlı olacaq. Çünki cütün qalibi pley-offa çıxacaq. Ciddi hazırlaşmalı və italyanlara qalib gəlməliyik.

- Həmin oyunda Maksim Medvedevlə Migel Madera da sizə kömək edə bilməyəcək. Onlarsız çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Amma bizdə onları əvəzləyəcək futbolçular var.

- Sizə elə gəlmir ki, "Qarabağ"ın müdafiə xətti Rəşad Sadıqovsuz oynaya bilmir?
- Onun meydanda yeri həm lider, həm də futbolçu kimi görünür. Oyundan sonra Rəşadın özünə də komanda üçün nə dərəcədə önəmli futbolçu olduğunu söylədim. Bunu tək "Qarabağ"a yox, milliyə də aid etmək olar. Ümid edirəm ki, o, tezliklə zədəsini sağaldıb, sıraya dönəcək. Onsuz necə çətin olduğunu Çexiyada gördük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.