26 noyabr 2016 00:55
Eddi oynadı, komandası məğlub oldu
Futbol üzrə İspaniya ikinci liqasında 16-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Ximnastik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
İsrafilov bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.
"Kadis" 16 turdan sonra 21 xalla 22 klub arasında 8-ci pillədə qərarlaşıb.
