26 noyabr 2016 00:40
Ufuk Budak oynadı, komandası uduzdu
Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Alanyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Start heyətdə meydana çıxan Ufuk bu görüşün 90-cı dəqiqəsində sarı vərəqə də alıb.
Qeyd edək ki, "Kayserispor" 12 turdan sonra 9 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
