26 noyabr 2016 00:20
Dəniz Yılmaz Qalatasaraya qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə "Qalatasaray"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.
