26 noyabr 2016 00:10
Dmitri Nazarov oynadı, komandası 1 xal qazandı
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Vyusburger"lə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan da heç-heçə ilə ayrılıb - 1:1.
Start heyətdə meydana çıxan Nazarov bu görüşü əvəz edilmədən başa vurub.
Qeyd edək ki, "Ersgebirge" 14 turdan sonra 11 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
