25 noyabr 2016 18:00
Vidadi Rzayev: Məni daha çox Qarabağ məyus etdi
Azərbaycanlı mütəxəssis Vidadi Rzayev "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımız məni çox məyus etdilər. "Qəbələ" Belçika "Anderlext"inə qalib gələ bilərdi. Amma axmaq səhvlər nəticəsində uduzdu. Məni daha çox "Qarabağ" məyus etdi. Çexiya "Slovan"ına böyük hesablı məğlubiyyəti heç kim gözləmirdi. Rəşad Sadıqovun müdafiədəki yoxluğu sözünü dedi. Əks halda müdafiədə belə kobud səhvlər görməzdik. Amma digər xətlər də xüsusi nə iləsə yadda qalmadılar. Artıq hər şey son turda həllini tapacaq. Ağdam klubunun bu məğlubiyyəti şanslarını azaltdı. Amma hələ də hər şey öz əllərindədir".
