Rauf Əliyev: Qarabağdan ən azı heç-heçə gözləyirdim
"Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına məğlubiyyətini şərh edib. Hazırda "İnter"də çıxış edən futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Qarabağ"dan ən azı heç-heçə gözləyirdim. Çünki komanda əvvəlki turlarda PAOK-a həm evdə, həm də səfərdə qalib gəlmişdi. Keçmiş komandamın Çexiyada belə hesabla uduzacağını gözləməzdim. Son turda evdə "Fiorentina"nı qəbul edəcəklər. Həmin matçda uğurlu oynamq olar. Ağdam klubu evdə yaxşı oynayr. Əlbəttə, "Fiorentina"ya qarşı itkilərlə mübarizə aparmaq çətin olacaq. Amma mənə elə gəlir ki, "Qarabağ" doğma meydanda bu komandaya qalib gələ bilər. "Fiorentina"nın PAOK-a evdə uduzmasına gəlincə, İtaliya klubunun qəsdən uduzduğunu düşünmürəm. Sadəcə, məğlub oldular. Yunanlar sona kimi vuruşub qalib gəldilər".
