25 noyabr 2016 12:00
Qarabağ 100 ən yaxşı klub sırasını tərk etdi
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyada "Slovan"a 0:3 hesablı məğlubiyyət Ağdam klubunun ilk yüzlüyü tərk etməsi ilə nəticələnib.
Belə ki, ağdamlılar hazırda 18,050 xalla 103-cü sırada qərarlaşıb. "Qarabağ"ın rəqiblərindən "Fiorentina" (İtaliya) 24-cü (63,366), PAOK (Yunanıstan) 59-cu (31,680), "Slovan" isə 82-cidir (25,015).
"Qəbələ" Belçika "Anderlext"inə məğlubiyyətdən sonra 182-ci pilləyə düşüb. Komandamızın hesabında 7,800 reytinq xalı var.
"Qəbələ"nin rəqiblərinə gəlincə, "Anderlext" 35-ci (49,480), "Sent-Etyen" (Fransa) 56-cı (32,566), "Maynts" (Almaniya) 92-cidir (20,671).
