25 noyabr 2016 11:40
Qarabağla Qəbələnin məğlubiyyəti Azərbaycanın reytinqinə təsir etmədi
"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda üzləşdiyi uğursuzluq Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsir göstərməyib. Azerisport.az xəbər verir ki, ölkəmiz hazırda yenə 17,750 xalla 25-ci pillədədir.
Bizdən öndə Norveç qərarlaşıb - 18,325. İzləyicimiz isə 17,550 xala malik Kiprdir.
