25 noyabr 2016 11:00

Filip Ozobiç: Qalib gəlməli olduğumuz oyunu uduzduq

"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Oyun barədə nə deyə bilərsiniz?
- Çox təəssüf ki, uduzduq. Fikrimcə, bu oyunda uduzmalı yox, qələbə qazanmalı idik. Təəssüf ki, belə alındı.

- Rikardinyonun ikinci penalti vuruşu zamanı hakimin qərarı oyuna təsir göstərdi?
- Əlbəttə, hakim qolu ləğv etməsəydi, hesab 2:1 olacaqdı və tam fərqli oyun gedəcəkdi. Belə olan halda qalib də gələ bilərdik.

- Vaxtından öncə cərimə meydançasına qaçan kim idi ki?
- Görmədim. Belə olsa, bütün penalti epizodlarını ləğv etmək lazım gələrdi.

- Artıq Almaniyada "Maynts"a qarşı keçirəcəyiniz səfər oyununda da uğur qazanmağınız çətin görünür. Belə olan halda altı oyuna xal toplamamaq nə dərəcədə üzücü olacaq?
- Biz hələ uduzmamışıq. Bəxt bizdən üz döndərməsə, uğurlu çıxış edə bilərik.

- Tribunalar demək olar ki, boş idi...
- Gələnlər maraqlı futbolun şahidi oldular. Amma təbii ki, bizi dəstəkləməyə az adamın gəlməsi üzücü oldu.

- "Qəbələ" "Qarabağ"la oyuna qədər bərpa ola biləcək?
- Buna borcluyuq. Çünki vacib oyundur və qələbə qazanmaq lazımdır.

- Oyundan öncə Roman Qriqorçuk "Qarabağ"la görüşün "Anderlext"lə oyundan daha vacib olduğunu söyləmişdi...
- Razıyam. Çünki Avroliqada artıq heç bir turnir perspektivimiz qalmayıb. Amma Premyer Liqada hər şey qaydasındadır. Ağdam klubuna qalib gəlsək, daha yaxşı olacaq.

- Baqali Dabo qarşıdakı oyunu buraxacaq...
- Ciddi itkidir. O, yaxşı oyunçudur. Dabosuz çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.