25 noyabr 2016 01:15
Tahir Gözəl: Rəqib layiqli qələbə qazandı
"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətdənsonra bunları söyləyib:
"Bu gün görmək istədiyim "Qarabağ"ı görə bilmədim. Təəssüf ki, bu gün "Qarabağ" meydanda doğrudan da güclü deyildi. Bu, bizi məyus etdi. Rəqib qələbəyə layiq idi. Buna baxmayaraq, sonadək komandanın yanındayıq, onlara inanırıq. Həlledici turda hər şeyin bizim üçün uğurlu alınmasına çalışacağıq".
