25 noyabr 2016 01:10
Rikardinyo hakimi günahkar çıxarıb, bəxtsizlikdən şikayətləndi
"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz oyun baxımından rəqibə uduzmadıq. Komanda yaxşı oyun keçirdi. Təəssüf ki, bu gün yenə bəxtimiz gətirmədi. Hesabda önə keçməli olduğumz anda bu şansı əldən verdik. Penalti zamanı bəxtimiz gətirmədi. Oyunçular həmişə cərimə meydançasına qaçırlar. Hakim həmin anda yersiz qərar qəbul etdi".
