25 noyabr 2016 01:05

İndrjix Trpişovski: Bu gün oyunumuzun zirvəsində idik

“Bu qələbəni çox önəmli sayırıq. Ona görə ki, bu, Avropa Liqasındakı oyunda qələbədi və rəqib də “Qarabağ” idi”.

Azerisport.az xəbər verir ki, bu sözlər “Slovan”ın baş məşqçisi İndrjix Trpişovskiyə məxsusdu. Avropa Liqasının 5-ci turunda öz meydanında “Qarabağ” üzərində böyükhesablı (3:0) qələbə qazanan Liberets təmsilçisi növbəti mərhələ üçün ümidlənib. Matçdan sonra keçirilən mətbuat konfransında Trpişovski jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə söz vermişdik ki, qələbə qazanacağıq. Buna nail olduğumuz üçün çox şadıq. Bugünkü matçda qalibiyyət çempionatdakı məğlubiyyəti unutdurdu. Oyunçularıma da xoş sözlər demək istərdim. Bu gün bir yumruq kimi mübarizə apardılar və qalib gəldilər.

- Dünən demişdiniz ki, 40-dan çox yaşım var və möcüzəyə inanmıram. Bu qələbədən sonra sözünüzü geri götürürsüz?
- Sizin tövsiyənizə baxdım və bunu qəbul etdim. Dünən sirkə gedib möcüzələrin necə yarandığını gördüm. Bunu da tətbiq etdim. Bunun arxasında möcüzə yox, komandanın yaxşı oynaması dayanır.

- Demək olarmı ki, bu sizin rəhbərliyiniz altında “Liberets”in ən yaxşı oyunu idi. Qısa müddətdə nə baş verdi ki, oyun keyfiyyətiniz dəyişdi?
- Deməzdim ki, ən yaxşı oyunumuz idi. “Slovan” ötən mövsüm də yaxşı oyunlar keçirib. Bu, bizim ən yaxşı oyunlarımızdan biridi. Bizim çempionatla Avropa Liqası fərqlidi. Futbolçularımız hər iki turnirdə fərqli çıxış edir. Bu, bizim üçün bəlkə yaxşı, bəlkə də pis haldı. Çempionatın son matçı bizim üçün ən pis oyunlardan biri idi. Bundan zəif oynaya bilməzdik. Təbii ki, futbolda hər şey ola bilər. Erkən qolu vurduğumuz üçün oyun açıldı.

- Komandanızın növbəti mərhələyə adlamasını nə dərəcədə real görürsünüz?
- Bizim üçün bu, böyük şansdı. Salonikiyə turist kimi getməyəcəyik. Çalışacağıq Yunanıstanda qələbə qazanaq. “Qarabağ”a isə “Qəbələ” ilə matçda azarkeşlik edəcəm. Bu komandada Almeyda və Kintanaya böyük hörmətim var. Bugünkü qələbə ilə şansımızı bir qədər artırdıq. Ancaq bizi hələ çox mürəkkəb oyunlar gözləyir. Həm çempionatda, həm də Avrokubokda. Heyətlə bağlı bir qədər problemimiz var idi. Hətta bu gün bir futbolçumuz 20-ci dəqiqədə meydandan çıxmaq istəyirdi.

- Matçdan əvvəl sözü bir araya qoyduğunuzu demişdiniz. Sizin üçün dəyişən nə oldu?
- Əvvəla azarkeşlərimizə minnətdaram. “Yablonets”lə qarşılaşmadan sonra bizi fitə basırdılar. Onlardan belə oyuna görə üzr istəməli idik. “Yablonets”lə matçdan sonra futbolçular öz aralarında yığışıb müzakirə apardılar. Həmin iclasda heç mən iştirak etmədim. Həmin görüşdən sonra 20 dəqiqə oturub, ünvanımıza deyilən sözlərə qulaq asdıq, çünki asmalı idik. Bu gün isə oyunumuzun zirvəsində idik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.