Sənan Qurbanov: Ani diqqətsizlik məğlubiyyətə gətirib çıxardı
"Qəbələ"nin məşqçisi Sənan Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:3) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Üzücü məğlubiyyət alındı. Uşaqlar "Sent-Etyen"ə qarşı da yaxşı oynamışdılar, bu gün də. Amma ani diqqətsizlik məğlubiyyətə gətirib çıxardı. Oyundan öncə də futbolçuları xəbərdar etmişdik ki, rəqibin heyətində sürətli futbolçular var. Uşaqlar yaxşı oynadılar. Məncə, Avroliqada topladığımız bu təcrübə onların bundan sonra daha yaxşı çıxış etməsinə kömək edəcək.
- Sizcə, məğlubiyyətin əsas günahkarı kimdir?
- Mən baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. Bu oyunla heç nə bitmir. Əlbəttə, uduzmaq yaxşı deyil. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq.
- Oyundan öncə penalti zərbəsini vurmaq Rikardinyoya tapşırılmışdı?
- Rikardinyo və Ozobiçə tapşırılmışdı. Rikardinyo özünə daha çox inanırdı. İlk penaltini də yaxşı yerinə yetirdi. Amma ikinci penalti zamanı psixoloji amil öz sözünü dedi.
- Dabonun vəziyyəti nə yerdədi?
- Bunu dəqiq sabah biləcəcəyik.
