24 noyabr 2016 22:40
Rene Vayler: Qələbə qazanmaq üçün əlimzdən gələni etdik
Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Vayler Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Buraxılan qolda qapıçımızın kobud səhvə yol verdiyini düşünmürəm. "Qəbələ" evdə yaxşı oynayır. Ona görə də belə bir qələbə qazandığımız üçün şadıq. Tənqidlərə gəlincə, belə şeylərə fikir verməməyə çalışıram. Komandamızda gənc futbolçular çoxdur. Səhvlər isə həmişə olur. Bu gün "Anderlext" çox yaxşı oynadı".
