24 noyabr 2016 22:35
Tahir Gözəllə Çexiyadakı səfirimizdən Qarabağa dəstək
"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşan komandasına dəstək olmaq üçün Liberetsə yollanıb. Azerisport.az xəbər verir ki, o, oyundan əvvəl komanda üzvləri və baş məşqçi Qurban Qurbanovla görüşüb, onlara uğur arzulayıb.
Qeyd edək ki, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev də Ağdam klubuna dəstək olub. O, T.Gözəllə birlikdə hazırda ilk hissəsi oynanılan "Slovan" - "Qarabağ" matçını canlı izləyir.


