Baqali Dabo: Qələbə qazana bilərdik
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:3) sonra fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Birinci hissədə yaxşı oynadıq. Amma sonradan yorulduq. Həm də rəqib ikinci hissədə artırdı.
- Niyə uduzdunuz?
- Bəxtimiz gətirmədi. Təəssüf ki, bu oyunda da uduzduq.
- Ardıcıl beşinci məğlubiyyət...
- Yaxşı oynayırıq. Sadəcə, əksər oyunlarda bəxtimiz gətirmir.
- İkinci penalti epizodu barədə nə deyə bilərsiniz?
- Görmədim. Çünki zədələndiyimə görə əvəzləndim. Belə bir şansdan yararlana bilməməyimiz üzücüdür. Qələbə qazana bilərdik.
- Zədəniz nə dərəcədə ciddidir?
- Deyəsən, ciddidir. Böyük ehtimalla 2-3 həftə istirahət etməli olacağam. "Qarabağ"a qarşı oynamayacağım dəqiqdir.
