24 noyabr 2016 22:00
Vitali Borisov darmadağına üzüldü
Sloveniyada futzal üzrə UEFA Kubokunun ikinci qrupunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Serbiyanın "Ekonomaç" klubu ikinci turda İspaniya "İnter"i ilə üzləşib.
Azərbaycan yığmasının üzvü Vitali Borisovun komandası ispanlara da böyük hesabla uduzub - 1:8. Millimizin üzvü yeganə qolun ötürməsini verib və sarı vərəqə alıb.
Qeyd edək ki, "Ekonomaç" ilk turda da "Brezye"yə uduzmuşdu - 2:6.
