24 noyabr 2016 21:32

Hafiz Məmmədov: Qarşıdakı bir həftə ərzində Bakının bərpası ilə bağlı elanlarımızı verəcəyik

Bu gün Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq kapitanı, “Bakı”nın keçmiş baş məşqçisi Bülənt Qorxmazın ad günüdür. Veteran futbolçunun 48 yaşı tamam olur.
Azerisport.az xəbər verir ki, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov əlamətdar gün münasibəti ilə Bülənt Qorxmazı təbrik edib.
Futbolxeber.az saytına eksklüziv açıqlamasında Hafiz  Məmmədov “Bakı”nın qapısının daim “Böyük kapitan”ın üzünə açıq olduğunu bildirib: “Türkiyə futbolunun canlı əfsanəsi, dəyərli insan, işinin peşəkarı olan Bülənt Qorxmazı ad günü münasibəti ilə təbrik edirəm. Nəinki futbolda, hətta həyatda belə onun kimi yaxşı insan çox azdır. Qapımız daim Bülənt Qorxmazın üzünə açıqdır. Onun kimi işini sevən, məsuliyyətli insanı daim klubumuzda görmək istərdik”.
Ölkəmizin tanınması, futbolumuzun inkişafı üçün daim səy göstərən Hafiz Məmmədov tezliklə “Bakı”nın fəaliyyətini bərpa edəcəyini qeyd edib: “Qarşıdakı bir həftə ərzində klubun bərpası ilə bağlı elanlarımızı verəcəyik. Tezliklə əməli fəaliyyətə başlayacağıq. Əsasən də uşaq futboluna, klubumuzun akademiyasına diqqət edəcəyik. “Bakı” daim uşaq futboluna böyük önəm verib. Təsadüfi deyil ki, hazırda klubumuzun 40-dan artıq yetirməsi istər əsas, istərsə də aşağı yaş qrupları üzrə milli komandalarımızın heyətində çıxış edirlər. Bu gün Premyer Liqada və I divizionda mübarizə aparan istənilən klubun heyətində “Bakı”nın yetirməsinə rast gəlmək mümkündür”.
Hafiz bəy qeyd edib ki, məqsəd “Bakı”nın yetirmələrini ölkə xaricinə göndərməkdir: “Fəaliyyətimizi bərpa etdikdən sonra akademiyaya böyük diqqət ayıracağıq. İstedadları üzə çıxarıb, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Məqsədimiz gənclərin ölkə xaricinə yolunu açmaqdır. Bunun üçün də həm Bülənt Qorxmaz, həm də Milinko Pantiç kimi peşəkarların köməyinə ehtiyacımız var. Bir sözlə, “Bakı” tezliklə fəaliyyətini bərpa edəcək. Məqsədimiz dəyişməz olaraq qalır. Azərbaycan futboluna, idmanına fayda vermək istəyirik. Azərbaycanda bu gün istər idmana, istərsə də futbola ölkə rəhbərliyi səviyyəsində böyük diqqət və qayğı var. Biz də bu işdə üzərimizə düşəni etməyə tam hazırıq”.
Sonda Hafiz Məmmədov bu gün Avroliqada növbəti oyunlarına çıxan “Qəbələ” və “Qarabağ”a uğurlar arzulayıb: “Həm “Qəbələ”, həm də “Qarabağ” bu gün Avroliqada növbəti oyunlarını keçirirlər. Hər iki klubumuza uğurlar arzulayıram. İnanıram ki, onlar yenə də öz oyunları, qazanacaqları nəticə ilə azarkeşləri sevindirəcəklər”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.