Branislav Çervenka: Ya Slovan qalib gələcək, ya da heç-heçə olacaq
"İnter"in çexiyalı sabiq futbolçusu Branislav Çervenka Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Slovan" - "Qarabağ" oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Slovan" yaxşı formada deyil. Amma iki qələbə onları qrupdan çıxara bilər. Çexiya çempionatında da çıxışı alınmır. Buna görə də turnir cədvəlinin alt pillələrində qərarlaşıblar. "Slovan" qələbə qazanmağa başlamasa, ciddi problemlərlə üzləşə bilər. Hələ "Qarabağ"la oyuna hansı heyətlə çıxacaqlarını bilmirəm. Buna görə də "Qarabağ"ı bu matçın favoriti hesab edirəm. Özü də Azərbaycan klubunun sürətli və texnikalı futbolçuları var. Amma "Slovan" da qələbəyə oynayacaq. Proqnoza gəlincə, fikrimcə, ya heç-heçə olacaq, ya da "Slovan" qalib gələcək".
