Yunis Hüseynov: Qarabağ qələbə qazana, Qəbələ heç-heçə edə bilər
Azərbaycanlı mütəxəsis Yunis Hüseynov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində uğur qazanmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, "Qarabağ" Çexiyadan yaxşı nəticə ilə qayıdacaq. Yaxşı nəticə isə mənim üçün "Slovan" üzərində qələbədir. Düzdür, bu komandaların Bakıdakı oyununda (2:2) ağdamlılar məğlubiyyətdən son anda xilas olmuşdular, amma sərgilənən oyuna görə komandamız rəqibindən üstün idi. "Slovan" PAOK-dan güclü deyil. Hansı ki, Ağdam klubu Yunanıstan təmsilçisini hər iki oyunda məğlub edə bilib. "Qarabağ" indi yaxşı formadadır. Bu da Çexiyada qələbə qazanmağa imkan verir.
"Qəbələ"yə gəlinə, onlar bu gün qrupda ilk xalını qazana bilərlər. Bakıda Belçika "Anderlext"i ilə heç-heçə oynamaq olar".
