24 noyabr 2016 15:45
Vaqif Sadıqov: Qarabağ pley-offa layiq olduğunu bu gün isbatlamalıdır
AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində uğur qazanmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq bu tarixə nöqtə qoymaq lazımdır. Bəsdir son anda şansı əldən verdik. Qrup mərhələsini aşmaq lazımdır. "Qarabağ" da bunu yaxşı dərk edir. Nə qədər çətin olsa da, uğurlu nəticəyə inanırıq. Əsas odur ki, "Qarabağ" pley-offa çıxmağa layiqdir. Onlar bu gün bunu isbatlamalıdırlar. Bu gün komandamızı pley-offda görəcəyimiz bir gündür".
