24 noyabr 2016 15:05
İnterin futbolçularını daşıyan avtobus yandı
Siyəzən rayonunda içərisində "İnter"in futbolçularını daşıyan mikroavtobus yanıb. Azerisport.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, "İnter"in Xaçmazdakı filialında məşq edən perspektivli uşaqları Bakıda keçiriləcək oyuna gətirmək üçün baş məşqçi Zöhrab Məmmədov avtobus kirayələyib. Lakin Siyəzən ərazisindən keçərkən maşında tüstülənmə qeydə alınıb. Xoşbəxtlikdən avtobusda yer alan 20 futbolçu dərhal aşağı enib və hadisə nəticəsində xəsarət alan olmayıb.
