24 noyabr 2016 14:50
Ağasəlim Mircavadov: Qarabağ bu gün hər şeyi həll etməlidir
Azərbaycanlı mütəxəsis Ağasəlim Mircavadov "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində uğur qazanmaq şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər şey "Qarabağ"ın öz əlindədir. İşin böyük hissəsi görülüb, yalnız kiçik bir addım atmaq qalıb. Onlar bu gün hər şeyi həll etməlidirlər. "Qarabağ" "Slovan"dan güclüdür. Ağdam klubu onları hələ Bakıda məğlub etməli idi. Hər şeyi "Fiorentina" ilə son turun oyununa saxlamaq olmaz.
"Qəbələ"yə gəlincə, Belçika "Anderlext"i ilə görüş pristij matçıdır. Xal qazanmaq, özünəinamı bərpa etmək lazımdır".
