Benjamin Lambo: Anderlext Bakıda təzyiq altında oynayacaq
"Simurq"un sabiq yarımmüdafiəçisi, belçikalı futbolçu Benjamin Lambo Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasında darıxdırıcı oyun olmur. "Qəbələ" ilə oyun "Anderlext" üçün çox vacibdir. Amma həmyerlilərim üçün Bakıdakı oyunun asan keçəcəyini düşünmürəm. "Qəbələ" bu mövsüm güclü təsir bağışlayır. Xal qazanmasalar da, hər oyunda mübarizə aparırlar. "Anderlext"ə də Bakıda çətin olacaq. Üstəlik, stadiona da alışmaq lazımdır. Brüssellilərin heyətində "Qəbələ" üçün təhlükəli ola biləcək futbolçular var. Məsələn, Tilemans və Aşamponqu qeyd edərdim. Teodorçiki də unutmaq olmaz. Pley-off şansı qalmayan "Qəbələ" üçün bu oyunda mübarizə aparmaq asan olacaq. "Anderlext" üçün isə belə komfort yoxdur. Onlar təzyiq altında olacaqlar, çünki qələbə qazanmağa borcludurlar".
