Azərbaycan FİFA reytinqində 2 pillə gerilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda 2 pillə geriləyib.
Komandamızın hesabında hazırda 386 reytinq xalı var. Bu göstərici ilə Azərbaycan 90-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya məğlubiyyət (0:4) Robert Prosineçkinin çalışdırdığı komandamızın 18 xal itirməsinə səbəb olub.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 3-cü (1433 xal), Şimali İrlandiya 32-ci (767), Çexiya 43-cü (671), Norveç 84-cü (422), San Marino isə 202-cidir (17).
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1634), Braziliya (1544), Almaniya (1433), Çili (1404), Belçika (1368), Kolumbiya (1345), Fransa (1305), Portuqaliya (1229), Uruqvay (1187) və İspaniya (1166).
Bu ayın ən yaxşı göstəricisi 38 pillə irəliləyərək 87-ci sıraya yüksələn Ermənistana məxsusdur. Ən pis göstəriciyə imza Çad imza atıb - 49 pillə geriləyən bu ölkə 103-cü yerdən 152-yə düşüb.
Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini dekabrın 22-də açıqlayacaq.
