24 noyabr 2016 13:20
Slovan - Qarabağ matçında anşlaq olmayacaq
Avropa Liqasının qrup mərhələsinin Çexiya "Slovan"ı ilə "Qarabağ" arasında bu gün keçiriləcək oyununda anşlaq gözlənilmir. Azerisport.az xəbər verir ki, hazırda bu oyuna cəmi 5000 bilet satılıb.
Təşkilatçılar qarşılaşmanı bütövlükdə 6000 azarkeşin izləməsini gözləyirlər. "Qarabağ"ı da Liberetsdə 100-ə yaxın azarkeş dəstəkləyəcək. Onların əksəriyyəti Avropanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdir.
Qeyd edək ki, saat 22:00-da start götürəcək "Slovan" - "Qarabağ" matçının keçiriləcəyi "U Nişi" stadionu 9900 azarkeş tutumuna malikdir.
