24 noyabr 2016 13:00
Slovan Qarabağla oyuna iki itki ilə çıxacaq
Çexiyanın "Slovan" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"a qarşı oyuna iki itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, zədə səbəbindən komandanın hücumçusu Milan Baroşla yarımmüdafiəçi David Qovorka Ağdam klubuna qarşı oynamayacaq.
Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı bu gün saat 22:00-da start götürəcək.
