24 noyabr 2016 12:20
Belçikadan Bakıya 150 azarkeş gəldi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə Belçika "Anderlext"i arasında keçiriləcək oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu oyuna 3000 bilet satılıb.
"Bakcell Arena"nın 11 000 azarkeş tutduğunu nəzərə alsaq, biletlərin böyük əksəriyyəti hələ satılmayıb. Qonaqlar üçün də 200-ə yaxın bilet ayrılıb. Artıq Belçikadan Bakıya 150 "Anderlext" azarkeşi gəlib.
Qeyd edək ki, "Qəbələ" - "Anderlext" oyunu saat 20:00-da start götürəcək.
