24 noyabr 2016 12:00

“Qarabağın hücumçuları üçün qol vurmaq ən asan iş olmalıdır”

"Qarabağ"ın sabiq hücumçusu Samir Musayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" bu gün Avropa Liqasında tarix yaza bilər. Sizcə, Çexiya "Slovan"ı ilə səfər oyununda pley-offa vəsiqə təmin ediləcək?
- Komanda özünə, öz gücünə inanır. "Slovan"ın və azarkeşlərinin təzyiqinə davam gətirmək lazımdır. Futbolçularımızın belə oyunlarda yaxşı təcrübəsi var. Müdafiədə diqqətli, yarımmüdafiədə ağıllı, hücumda soyuqqanlı olmaq lazımdır. Çox ümid edirəm ki, komandamız Çexiyada yeni tarix yazacaq.

- Rəşad Sadıqovun bu oyunu buraxması komandanın oyununa nə dərəcədə təsir edə bilər?
- Əlbəttə, Rəşadın olmaması böyük itkidir. Özü də belə bir oyunda. O, təcrübəsi və liderlik keyfiyyətləri sayəsində komandanı belə ağır matçlarda arxasınca aparmağı bacarır. Onun yoxluğunda bu keyfiyyətləri nümayiş etdirə biləcək başqa futbolçu tapılsa, "Qarabağ"a elə də çətin olmayacaq.

- Sadıqovu Elvin Yunuszadənin əvəzləməsi daha doğru olar, yoxsa, Maksim Medvedev-Bədavi Hüseynov cütlüyündən yararlanmaq məsləhətdir?
- Bunu Qurban Qurbanov daha yaxşı görür. Elvinin belə oyunlarda təcrübəsi azdır, hələ gəncdir. Amma digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, belə oyunlarda oynamasa, harada təcrübə toplamalıdır?

- Ağdam klubunun hücum xəttindən razısınız?
- Etiraf edim ki, hücumçuları o qədər də xoşuma gəlmir. Onlardan daha çox qol gözləyirəm. Mənə elə gəlir ki, "Qarabağ"ın hücumçuları üçün qol vurmaq ən asan iş olmalıdır. Çünki bu komanda hücumçusunu daim topla təmin etməyi bacarır.

- Dino Ndlovu tədricən sürət yığsa da, Reynaldo daha çox ehtiyatda qalır. Bu rəqabət braziliyalı futbolçunun əvvəlki formasını qaytarmasına kömək edəcəkmi?
- Hər şey ola bilər. Bunun müsbət təsiri də ola bilər, tam əksi də. Reynaldo son vaxtlar komanda üçün yox, özü üçün oynayırdı. Buna görə də Qurbanov onu ehtiyatda saxlamağa üstünlük verir.

- Sizcə, Ağdam klubu onunla yollarını ayırmalıdır?
- Bildiyimə görə, onunla klub arasında müqavilənin bitməsinə hələ var. Odur ki, klubun bu məsələdə hansı mövqedə olduğunu bilmirəm. İstisna deyil ki, zamanla Reynaldo yenə əvvəlki formasına qayıtsın, yaxşı oyun nümayiş etdirsin. Gəlin tələsməyək.

- "Qarabağ"ın hücumçuları üçün qol vurmağın asan olduğunu dediniz. Samir Musayev üçün bu komandanın hücum xəttində oynamaq nə dərəcədə asan olardı?
- Bizim dövrümüzdə hücumçular üçün çətin idi. Çünki müdafiəçilər çox sərt oynayırdılar. Qol vurmaq üçün sonadək mübarizə aparmaq lazım gəlirdi. Ən yaxşı hücumçularla rəqabət aparmaq lazım idi ki, əsas heyətdə meydana çıxasan. Fikrimcə, indiki "Qarabağ"da oynaya bilərdim. Amma bombardir olardım, ya yox, bunu dəqiq deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.