Araz Rusiya klubuna da uduzdu
Futzal üzrə UEFA kubokunun elit raundunda mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Rusiyanın “Qazprom Yuqra” komandası ilə qarşılaşıb.
Naxçıvan klubu bu görüşdə böyük hesabla məğlub olub.
Xatırladaq ki, "Araz" ötən gün baş tutan ilk oyunda Xorvatiyanın “Nasional” komandasına 1:2 hesabıyla uduzub. "Qazprom Yuqra" isə Almaniyanın "Hamburq" klubunu 4:0 hesabıyla məğlub edib.
Qrupun digər oyununda "Nasional"la "Hamburq" üz-üzə gələcək.
UEFA Kuboku
Elit raund, 2-ci qrup
24 noyabr
"Araz" - "Qazprom Yuqra" - 0:4
Araz: Rövşən Hüseynli, Tyaqo Bolinya, Fineo, Vassura, Everton, Emin Kürdov, Eduardo, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Oqtay Rüstəmli, Xətai Bağırov, Fabio Poletto, İsa Atayev.
Baş məşqçi: Miltinyo.
