Qarabağ Çexiyada böyük hesabla uduzdu
Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da növbəti sınağına çıxıb.
J qrupunda mübarizə aparan Qurban Qurbanovun çalışdırdığı komandamız səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşıb. Nəinki öz, hətta Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa vəsiqə qazanmağa yaxın olan Ağdam klubu Liberetsdə ən azı uduzmamağı hədəfləmişdi. Amma təəssüf ki, Azərbaycan klubu bu görüşdə böyük hesabla uduzub.
Qrupun digər oyununda İtaliyanın "Fiorentina" klubu Yunanıstan PAOK-unu qəbul edib. Bu görüş isə yunanların səfər qələbəsi ilə bitib - 3:2.
Avropa Liqası
J qrupu
24 noyabr
“Slovan” - “Qarabağ” - 3:0 (1:0)
Qollar: E.Vux, 11 (1:0). N.Komliçenko, 57-pen. (2:0). N.Komliçenko, 63 (3:0).
Sarı vərəqə: M.Madera, 40. N.Komliçenko, 45+1. M.Medvedev, 56. R.Breyte, 75.
Baş hakim: Stefan Yohannesson (İsveç).
Liberets. “U Nişi” stadionu.
"Slovan": 19. Martin Dubravka, 2. Radim Breyte, 4. Andrey Karafiat, 5. Vladimir Çoufal, 10. Zdenek Folprext, 21. Nikolay Komliçenko, 22. Petr Şevçik (9. Yan Navratil, 80), 23. Eqon Vux, 26. Lukaş Bartoşak, 28. Ubonq Ekpay, 29. Lukaş Pokornı (k).
Ehtiyat oyunçular: 17. Vatslav Qladki, 13. Miroslav Markoviç, 14. Andrey Blaqa, 16. İqor Sukennik, 18. İlya Kubışkin, 24. Daniel Bartl.
Baş məşqçi: İndrjix Trpişovski.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Madera (22. Əfran İsmayılov, 52), 10. Muarem Muarem (9. Reynaldo, 60), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
| 1 | Fiorentina | 5 | 3 | 1 | 1 | 13 | 5 | +8 | 10 |
| 2 | Qarabağ | 5 | 2 | 1 | 2 | 6 | 10 | –4 | 7 |
| 3 | PAOK | 5 | 2 | 1 | 2 | 5 | 6 | –1 | 7 |
| 4 | Slovan | 5 | 1 | 1 | 3 | 7 | 10 | –3 | 4 |
