24 noyabr 2016 02:00
Budaq Nəsirov oynadı, Sportinq qalib gəldi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Unian Madeyra" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Matça start heyətdə başlayan Nəsirov sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 24 xalla 22 komanda arasında 7-ci pillədə qərarlaşıb.
