24 noyabr 2016 00:20
Borisovun qolu Serbiya klubunu darmadağından xilas etmədi
Futzal üzrə UEFA Kubokunun elit raundunda C qrupunun ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vitali Borisovun komandası - Serbiya "Ekonomats"ı Sloveniyada baş tutan ilk oyunda yerli "Brezye Maribor"la qarşılaşıb.
Qrup oyunlarına ev sahibliyi edən Sloveniya təmsilçisi bu görüşdə 6:2 hesabıyla üstün olub. Komandasının ikinci qolunu Borisov vursa da, bu, serbləri darmadağından xilas etməyib.
Qeyd edək ki, qrupun digər oyununda İspaniya "İnter"i Çexiya "Xrudim"inə 2:0 hesabıyla qalib gəlib.
