24 noyabr 2016 00:15
Son məşqə Bədavi Hüseynov da qatılmadı
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirəcəyi səfər oyunu öncəsi son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesində zədəli futbolçular - Rəşad Sadıqov və Bədavi Hüseynovdan başqa bütün heyət üzvü iştirak edib.




