24 noyabr 2016 00:10
"Yeganə hədəfimiz Qəbələyə qalib gəlməkdir"
Belçikanın "Anderlext" klubunun yarımmüdafiəçisi Yuri Tilemans Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Belçika çempionatının son turunda yaxşı nəticə qazana bilməmişik. Amma bu, "Qəbələ" ilə oyuna heç bir təsir göstərməyəcək. Bu görüşə yaxşı hazırlaşmışıq. Evə 3 xalla qayıtmağa çalışacağıq. Əvvəlki oyunlar bizim üçün yaxşı dərs oldu. Yeganə hədəfimiz "Qəbələ"yə qalib gəlməkdir".
