23 noyabr 2016 22:25

Qurban Qurbanov: Gələcəyi düşünsək də, bu gün üçün yaşayırıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Liberetsdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Vacib oyuna gəlmişik. Belə oyunlarda duşunulə bilər ki, biz daha istəkliyik. Amma rəqib futbolçuların verdikləri müsahibələrdən hiss olunur ki, onlar daha istəklidirlər, ilk qələbələrini qazanmaq istəyirlər. Onların son matçlarda uğursuz nəticə əldə etmələrinə baxmayaraq, sistemləri elədi ki, heç bir rəqibə asan oyun göstərmək imkanı vermirlər. “Slovan” güclü komandadı. Onların gücünü Bakıdakı oyunda gürmüşük. Bunların hamısını nəzərə almışıq. Sabahkı oyunda az səhv etməyə çalışacağıq.

- Sabah bütün Azərbaycanın gözü “Qarabağ”da olacaq. Bu psixoloji təzyiq futbolçulara necə təsir edəcək?
- Sabah hamının bizimlə olacağını bilirik. Avrokubokdakı oyunlarımızla insanlar çox maraqlanırlar. Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir. Hər turnirə, hər oyuna düzgün hazırlaşmağa çalışırıq. Sabah mütləq qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edəcəyimizi düşünsək, bu, bizim üçün yaxşı nəticələnməz. Futbol bir oyunla bitmir. Hər matçda düzgün iş görərək uğurlu nəticə əldə etməyə çalışırıq. Fikrimcə, prinsiplərimiz özünü doğruldur. Bütün komandanın diqqəti sabahkı matçdadı. Rəqibin necə təhlükəli olduğunu Bakıda görmüşük. İndidən qələbə qazanıb növbəti mərhələyə adlayaq düşüncəsi bizdə yoxdu.

- Sizin rəhbərliyiniz altında “Qarabağ” yaydan qış dönəminə qədər yüksələn qrafiklə çıxış edir. Demək olarmı ki, “Qarabağ” artıq pik nöqtəyə çatıb?
- Hazırlıq bir az fərqli olur. İlk günlərdən tələsmək istəmirik. Düşünsək ki, bu gün bizdə hər şey qaydasındadı, yalan olar. Mövsümün sonunda hansısa geriləmə ola bilər. Bunu futbolçular dərk etməlidi ki, bir daha təkrarlanmasın. Nə qədər desək ki, komanda yaxşı formadadı, amma yenə də çatışmazlıqlarımız var. Çünki Azərbaycan çempionatı ilə Avroliqa fərqli turnirdi. O cümlədən rəqiblər də fərqlidi.

- Liberetsə gələrkən yolboyu ilk matçın videoyazısına baxdınız, futbolçular dincəldilər. Bakıya qayıdanda siz nə edəcəksiniz, futbolçular nə?
- Biz gələcəyimizi düşünsək də, bu gün üçün yaşayırıq. Hazırda yalnız bu matçı düşünürük. Yolda nə edəcəm, bu o qədər də önəmli deyil.

- Çexiya komandalarına qarşı uğurlu nəticələr göstərə bilmirik. Bu sindromun səbəbini necə izah edərdiniz?
- Bu barədə düşünmürəm ki, kiməsə qalib gəlmək istəyirik, hansısa sindromu qırmaq istəyirik. Hər hansı heç-heç bizim üçün qələbəyə bərabərdir. Avroliqa elə turnirdi ki, hər xal bizim xeyrimizədi. Sabahkı rəqib “Fiorentina” və ya PAOK da ola bilərdi. Bizim üçün ölkənin fərqi yoxdu. Çalışırıq yaxşı hazırlaşıb, uğurlu nəticə əldə edək.

- Rəqibin baş məşqçisi son çempionat oyunundan sonra demişdi ki, ilk matçı unutmuşuq, bu dəfə tam fərqli olacaq. Siz rəqibdə hansısa dəyişiklik hiss etmisiniz?
- Son nəticələrində uğursuzluq var. Amma oyun üslublarını qoruyurlar. Get-gedə sürəti artırırlar. Onların sisteminə qarşı oynamaq bizim üçün çətindi. Və onlara qarşı səhv etmək ehtimalımız daha çoxdu. Çempionatlarında rəqibləri “Slovan”ı daha yaxşı tanıyır. Çünki müntəzəm üz-üzə gəlirlər. Amma mən deməzdim ki, onlarda nəsə dəyişib. Əksinə, Bakıdakından daha yaxşı “Slovan” izləyəcəyik. Bu turnirdə hamı sona qədər mübarizə aparır.

- Bədavi Hüseynov sabahkı görüşə hazırdımı?
- Onun oynamaq ehtimalı çoxdur. Amma hələ tam qərar verməmişəm.

- Azərbaycan komandalarının çexiyalılara qarşı son 4 oyununun hamısında bərabərlik qeydə alınıb. Bunun 3-ü “Qarabağ”ın aktivindədi...
- Bizim üçün vacibi sabahkı oyundu, maksimum nəticə əldə etməyə çalışırıq. Bu gün əvvəlki nəticələrimiz barədə futbolçularla danışmamışam, onlara hansısa fikir bildirməmişəm. Diqqətimiz sabahkı matçadı.

- “Fiorentina” – PAOK oyunu da bizim üçün önəmlidi. Sizcə, “Fiorentina” öz gücünü ortaya qoysa, PAOK-un şansı olarmı?
- “Fiorentina” haqda düşünməyə vaxtım da yoxdu. Başqasının nəticələrini düşünmürəm. Bizə lazım olan futbolçuların psixoloji, taktiki və fiziki cəhətdən hazır olmasıdı.

- Həm Rəşad Sadıqov, həm də Milan Baroş sabah meydana çıxmayacaq. Düşünmək olar ki, güclər bərabərləşib?
- Bütün azarkeşlər bu cür oyunçuların meydanda olmasını istəyər. Onlar həm kapitan, həm də liderdilər. Amma mən yenə yalnız öz futbolçularım haqda düşünürəm. Çox istərdim ki, Rəşad sabah meydanda olsun. Amma futbolda belə hallar olur. Buna da hazır olmalıyıq. Yenə də əlimizdəki futbolçularla hazırlaşmışıq ki, uğurlu nəticə qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.