23 noyabr 2016 20:25

“Qarabağın güclü olduğunu son 10 dəqiqədə hiss etdik”

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin 5-ci turunda "Slovan"la qarşıalaşcaq. Azerisport.az xəbər verir ki, oyundan bir gün öncə təşkil edilmiş mətbuat konfransında çıxış edən çexlərin baş məşqçisi Yindrix Trpişovski matçla bağlı fikirlərini bildirib.

- Milan Baroş sabahkı qarşılaşmada iştirak edəcək?
- Bizim üçün hər oyun çox önəmlidi. Təəssüf ki, Baroş sabahkı qarşılaşmada iştirak etməcək.

- Şəhərdə gəzdik, müəyyən müşahidələr apardıq. Ancaq gözləmədiyimiz mənzərə ilə qarşılaşdıq. Şəhər sabahkı oyunla yaşamır. Buna səbəb nədir?
- Fikrimcə, yerli sakinlər oyuna hər zaman maraq göstərir. Soyuq münasibətin 4 oyundan sonra qazandığımız 1 xala aidiyyatı yoxdu. Biz şimalda yerləşirik. Buna görə də azarkeşlərimiz istiqanlı deyil.

- Bakıda gülərüz görünürdüz. Amma bu gün nədənsə fikirlisiz...
- Təbii ki, fərq var. Oyundan öncə hisslər qaçılmazdı. Həmin vaxt bizim ilk oyunumuz idi. İndi isə dərdlərim çoxdu. Kifayət qədər zədəli futbolçum var.

- Qrupdan iki komandanın növbəti mərhələyə çıxması daha real görünür. Bunlar "Fiorentina" və "Qarabağ" komandalarıdı. Möcüzəyə inanırsız, yoxsa artıq ümidiniz tükənib?
- Mənim artıq 40 yaşım var. Balaca uşaq olanda möcüzələrə inanırdım. Yaxşı oynasaq, "Qarabağ"a qalib gələ bilərik. Bizim üçün mərhələ adlamaq yüksək nəticədi. Bu il isə çox xal qazana bilmədik. Əvəzində isə klubun büdcəsini artıra bildik. Çalışacağıq ki, "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansını çətinləşdirək. Daha çox ad-san üçün oynayacağıq.

- Çempionatdakı böyükhesablı məğlubiyyətdən sonra sabahkı oyuna futbolçuları necə motivasiya edəcəksiz?
- Bu, mənim ən pis ilimdi. Ev oyunlarında qalib gələ bilmədik. İnanıram ki, son ev oyunumuzda qələbə qazanacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Bu sual zarafatyanadı. İki il bundan öncə "Qarabağ" qrupdan çıxmağa çox yaxın idi. Ancaq yerliniz Miroslav Çexiya Milan "İnter"inə vurduğumuz təmiz qolu qeydə almadı. Bəlkə, bunu nəzərə alaraq, bizə jest edəsiz?
- Mən ancaq öz komandama qalib gəlmək üçün kömək edə bilərəm (gülür).

- "Qarabağ"la Bakıda keçirilən oyunda qələbəni son dəqiqədə əldən verdiniz. Daha sonra Azərbaycan klubu 2 qələbə qazanmaqla qrupdan çıxmağa yaxındı. Rəqibini müsbət nəticə qazanıb, qrupdan çıxmağı təmin etsə, bu, onların haqqıdı, yoxsa təsadüfi nəticədi?
- Hər qələbə böyük işin nəticəsidi. Bakıdakı oyun yadımızdan çıxmır. O oyun bizim üçün çox həlledici oldu. Daha sonra zəifləməyə başladıq. "Qarabağ"ın güclü olduğunu son 10 dəqiqədə hiss etdik. Hər qələbənin arxasında böyük zəhmət durur. Buna görə də nəticəni təsadüf adlandırmazdım. Bu, "Qarabağ"ın haqqıdır!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.