23 noyabr 2016 20:15

Rene Vayler: Bakıda qələbə qazanmaq istəyirik

Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Vayler Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Heyətdə iktilər varmı?
- Bəli, bəzi itkilərimiz var.

- Sizi son uğursuzluqlara görə tənqid edirlər...
- Bunlar əsası olmayan tənqidlərdir. Qarşıdakı oyunlarda da bunu sübut etməyə çalışacağıq.

- Sizinlə oyunçular arasında fikir ayrılığı var?
- Bu barədə oyunçular daha yaxşı cavab verə bilər. Mənim tərəfimdən heç bir problem yoxdur. Hər şey yaxşıdır.

- Sabahkı oyunda şansları necə qiymətləndirərdiniz?
- "Qəbələ" zəif komanda deyil. Sabah da asan olmayacaq. Onlar yaxşı oyunlar keçiriblər.

- "Qəbələ"nin hansı zəif cəhətlərini qeyd edə bilərsiniz?
- Mənim bu barədə danışmağım düzgün olmaz. Onların zəif cəhətləri var və bunları bilirik. Amma onları deməyəcəyəm. Rəqibin güclü cəhətləri barədə də danışmağa ehtiyac olduğunu düşünmürəm.

- "Qəbələ" sabah eksperimental heyətlə oynamağa hazırlaşır. Bu, sizi sevindirir?
- Meydana kimin çıxmasından asılı olmayaraq, bu oyuna çox ciddi hazırlaşmışıq və diqqətli olmalıyıq.

- "Qəbələ" bütün ev oyunlarında qol vurub. Siz bunun qarşısını necə almaq üçün nə düşünmüsünüz?
- Bunu bilirik. Onlar evdə daha yaxşı çıxış edirlər. Amma hədəfimiz qələbə qazanmaqdır.

- Bilirsiz ki, Belçika klubları Bakıda nəinki qələbə qazana, heç qol da vura bilmirlər?
- Mən bu statistikanı nəzərə almıram. Sabah tam fərqli oyun olacaq və statistikanın burda heç bir önəmi yoxdur. Biz qələbə qazanmaq istəyirik. Statistikanı isə zibil qabına atmaq olar.

- Güləriz görünürsünüz. Sabah da oyundan sonra belə güləcəksiniz?
- Qələbə qazansaq, daha çox güləcəyəm. Uduzsaq da, həmişəki kimi olacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.