23 noyabr 2016 18:55
Baqali Dabo: Anderlextə qol vurmaq üçün əlimdən gələni edəcəyəm
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah oynamağa hazıram. Belçikalılara qol vurmaq üçün əlimdən gələni edəcəyəm. Xeyli müddət idi oynamırdım. Artıq sıraya dönmüşəm. Komandama kömək etməyə çalışacam".
