23 noyabr 2016 18:00
Zaur Həşimov: Qarabağın Slovanla oyunu heç-heçə bitəcək
"Qarabağ"ın müdafiəçisi Zaur Həşimov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirəcəyi səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" indi rəqibini daha yaxşı tanıyır. Amma eyni sözləri "Slovan" barədə də demək olar. Onlar da kimə qarşı oynayacaqlarını yaxşı bilirlər. Çox çətin oyun olacaq. Düzdür, komandamız son dövrlər yaxşı çıxış edir, hətta qol da buraxmır. "Qarabağ" səfərdə qələbə də qazana bilər. Komandamızın Liberetsdə qalib gəlib pley-offa vəsiqəni təmin etməsini görməyi çox istərdim. Amma mənə elə gəlir ki, Çexiyadakı oyunda heç-heçə bitəcək".
