23 noyabr 2016 17:40
"Qarabağı öz meydanımızda məğlub etmək istəyirik"
Çexiyanın "Slovan" klubunun baş məşqçisi İndrjix Trşpişovski Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ı öz meydanımızda məğlub etmək istəyirik. Bununla həm ev oyunlarındakı uğursuz seriyaya (əvvəlki iki ev oyununda uduzublar) son qoya, həm də azarkeşlərimizi sevindirmiş olarıq. Çünki fanatlarımız qarşısında böyük borcumuz var".
