23 noyabr 2016 16:00

Qara Qarayev: Həm klubda, həm də millidə Rəşad Sadıqovun varlığı vacibdir

"Komandamızın qarşısına qrupdan çıxmaq vəzifəsi qoyulmamışdı. Amma biz bunu edib, Azərbaycan futbolunda yeni tarix yazmaq istəyirik". Azerisport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

O, komandasının Avropa Liqasında keçdiyi yol haqda qısa məlumat verib: "İlk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazananda yeni mühitə düşmüşdük. Güclü rəqiblərə və qrupdakı atmosferə alışmağa çalışırdıq. Pis çıxış etmədik. "Sent-Etyen", "İnter" və "Dnepr" kimi komandalarla layiqli mübarizə apardıq. Növbəti mövsümə daha yaxşı hazırlaşdıq və yenə güclü rəqiblərlə eyni qrupa düşsək də, pley-off-a adlamağa yaxın idik.

İndi "Qarabağ"ın daha böyük təcrübəsi var. Lakin bəxtimiz hərdən gətirmir. "Slovan"la Bakıdakı oyunun 10-cu saniyəsində qol buraxdıq, "Fiorentina" ilə səfər görüşündə isə qırmızı vərəqə bütün planlarımızı pozdu.

"Qarabağ" ardıcıl 3-cü il ildir ki, Avropanın güclü klubları ilə mübarizə aparır. Məncə, buna görə, "Qarabağ" və Azərbaycan futbolu əksər ölkələrdə tanındı".

Q.Qarayev baş məşqçi Qurban Qurbanov barədə də danışıb: "Baş məşqçimiz mənə çox kömək edib. "Qarabağ"ın gənclər komandasında çıxış edəndə oyunumu izləyib məni əsas komandaya dəvət etmişdi. Əsas heyətdə oynayandan sonra milli komandaya da dəvət aldım.

Qurban Qurbanov bizə qələbə əmri verən komandarimizdir. O, bizə özümüzə inanmaqda kömək edir. Çox sadə və intizamlı insandı. Məhz onun rəhbərliyi altında bu səviyyəyə çatmışam. O, təkcə nəticəyə deyil, komandanın ümumi inkişafına da diqqət edir. Düşünürəm ki, "Qarabağ" Azərbaycan və Avropadakı uğuruna görə məhz Qurban Qurbanova borcludur".

Qara Qarayev komandanın kapitanı Rəşad Sadıqov barədə də xoş sözlər deyib: "Rəşad həm meydanda, həm də paltardəyişmə otağında futbolçulara öz güclərinə inanmaqda çox kömək edir. Əsas heyətdə yeni-yeni oynamağa başlayanda mənə də böyük dəstəyi olub. Öyrətdi ki, heç kim və heç nədən qorxma. Həm klubda, həm də millidə Rəşadın varlığı vacibdir. Təbii ki, onun gənc futbolçu olmadığını başa düşürük. Amma Rəşadın karyerasını bitirməyini istəməzdim. Rəşad həm "Qarabağ", həm milli, həm də Azərbaycan futboluna çox lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.