Simau: Kamranı Boaviştada ilk dəfə görəndə çox təəccübləndim
"Xəzər Lənkəran"ın portuqaliyalı sabiq müdafiəçisi, hazırda ölkəsinin "Fatima" klubunda çıxış edən Brunu Simau Kamran Ağayevin "Boavişta"dakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Etiraf edim ki, Kamran ilk dəfə "Boavişta"nın qapısında görəndə çox təəccübləndim. Onun bu kluba keçidi mənim üçün əsl sürpriz oldu. Onun necə güclü qapıçı olduğunu bilirdim. "Boavişta" Portuqaliyanın ən məşhur klublarından biridir. Kamran da gələndən bəri bu klubda yaxşı çıxışı ilə diqqət çəkir. Şadam ki, o, mənim vətənimdə çıxış edir. Amma hələ görüşə bilməmişik. İstənilən halda ona burada uğurlar arzulayıram. Ümid edirəm ki, daha güclü kluba keçər. "Boavişta"dakı digər azərbaycanlı futbolçunu (Emin Mahmudov) isə tanımıram. Ola bilsin ki, oyunlarda iştirak etmədiyinə görə".
