23 noyabr 2016 14:20
Sumqayıt istirahəti başa vurub məşqlərə start verdi
Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, sözügedən komana bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib.
Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb.
"Sumqayıt" FK-nın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.
Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda AZAL Arenada baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də keçiriləcək və saat 16:00-da start götürəcək.
