23 noyabr 2016 14:00
"Araz da daxil olmaqla qrupdakı bütün rəqiblərimiz güclüdür"
Rusiyanın "Qazprom Yuqra" klubunun müdafiəçisi Daniel Davıdov futzal üzrə UEFA Kubokunun elit raundunda Azərbaycan çempionu "Araz"ın da yer aldığı qrupdakı mübarizədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA Kubokuna çox ciddi hazırlaşmışıq. Qrupumuzda güclü klublar yer alır. Ümumiyyətlə, elit raunda vəsiqə qazanmış bütün kollektivlər güclüdür. Elədə də "Araz". Komandanız barədə məndə ətraflı məlumat yoxdur. Bircə onu bilirəm ki, məşqçilər korpusumuz "Araz" barədə lazım olan hər şeyi öyrəniblər və tezliklə bizə hər şeyi başa salacaqlar".
