23 noyabr 2016 13:20
Anderlext Qəbələyə müraciət etdi
Belçikanın "Anderlext" klubu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qəbələ"yə qarşı səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, qonaq komanda "Qəbələ"dən öz azarkeşləri üçün 200 bilet ayırmasını xahiş edib.
Lakin qonaqları bu qədər azarkeşin dəstəkləməsi inandırıcı görünmür.
Qeyd edək ki, "Qəbələ" - "Anderlext" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.
