23 noyabr 2016 12:20
"Qarabağda oynamağı kim istəməz ki?"
Birinci Divizionun bombardiri, "Zaqatala"nın hücumçusu Oruc Balaşlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun onunla maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu barədə eşitmişəm, mətbuatda da oxumuşam. Amma Qurban Qurbanovla aramızda bununla bağlı heç bir söhbət olmayıb. Görüşəndə salamlaşmışıq, vəssalam. "Qarabağ"a keçmək şansıma gəlincə, bu klubun formasını geyinməyi çox istəyərdim. "Qarabağ"da oynamağı kim istəməz ki? Mənə elə gəlir ki, Azərbaycanda oynayan bütün futbolçular bunu istəyər".
