23 noyabr 2016 11:40

Vitali Vernidub: Anderlextlə oyuna müsbət nəticə üçün çıxacağıq

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi

- Heç bir turnir əhəmiyyəti olmasa da, sizi qarşıda Belçika "Anderlext"i ilə çətin oyun gözləyir. Bəs siz bu oyundan nə gözləyirsiniz?
- Hamımız tam ciddi bu oyuna hazırlaşırıq. Böyük məsuliyyət var. Ən yaxşı oyunlarımızdan birini göstərməliyik ki, "Anderlext" kimi güclü kluba qalib gələk. Müsbət nəticəyə köklənmişik.

- Uğursuz gedişata son qoymaq mümkün olacaq?
- Artıq qrupdan çıxmaq şansımız yoxdur. Amma bu barədə heç kim düşünmür. Bu, Avroliqa matçıdır. Hamımız oyuna çox ciddi yanaşırıq. Şansımız qalmasa da, müsbət nəticə üçün meydana çıxmalıyıq. Ən azından onu nəzərə almaq lazımdır ki, hələ qrupda qələbəmiz yoxdur.

- Artıq üçüncü cəhdində pley-offa çıxmağa yaxın olan "Qarabağ"la müqayisədə sizdə nə çatışmır?
- "Qarabağ"la müqayisədə bizdə nə çatışmadığını axtarmağa hazırda ehtiyac olduğunu düşünmürəm. Situasiya belə alınıb. Biz də qarşımıza yüksək hədəflər qoyuruq. Hardasa bəxtimiz gətirmədi, hardasa çatışmazlıqlar, problemlər mane oldu. İstənilən halda önümüzə baxmalı və daha ciddi hədəflər uğrunda çalışmalıyıq.

- Bəlkə klubunuzun büdcəsi buna imkan vermir?
- Mənə bu barədə danışmaq çətindir. Büdcə futbol oynamır. Bizi daha çox oyunlara hazırlığımız maraqlandırır.

- "Qəbələ"nin artıq tam olaraq Premyer Liqaya kökləndiyini söyləmək olar?
- Biz turnirlər arasında heç bir fərq qoymuruq. Sadəcə, hər oyuna qələbə üçün çıxırıq.

- Komandanız bu mövsüm "Qarabağ"la çempionluq uğrunda mübarizə apara biləcək?
- Fikrimcə, bu barədə qış fasiləsindən sonra danışmaq mümkün olacaq. Çünki hazırda hər iki komanda bərabər səviyyədə mübarizə aparır. Ümid edirəm ki, bundan sonrakı turlarda bizdə hər şey alınacaq və daha çox bəxtimiz gətirəcək.

- Bu, cari mövsüm üçün əsas hədəfinizdir?
- Əsas hədəfimiz mövsümün gedişində dəyişmir.

- Qarşıda "Qarabağ"la da oyununuz var. Bu komandaya yenə qalib gələ biləcəksiniz?
- Hazırda "Qarabağ"la oyunu düşünmürük. Çünki öncə "Anderlext"lə oyun ar. Yalnız ondan sonra "Qarabağ" barədə danışmaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.